Əmanət layihəsi Ramazan ayı ziyarəti, Bibiheybət ziyarətgahı. 27.04.2022 #ramazan #ramadan #iftar #sahur Haberleri 2022
#ramazan #ramadan #iftar #sahur #beslenme
Referans sistemi ile En çok kazandıran ve üye olduğunuz zaman hemen 5$ veren sisteme kayıt olmak için TIKLAYIN Referansınız olan bir kişi yatırım yaptığında, yatırım miktarının %7'si kadar kazancınız olacak.
16 Kişi Okudu 6 Kişi Beğendi - Sende Beğenebilirsin 
ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi
Zəfərlə sonlanan 44 günlük Vətən Müharibəsindən sonra noyabr ayının 11-də hərbçilərimizin övladlarının xidmətində durmaq üçün "Əmanət - Şəhid və Qazi övladlarının fərdi inkişafına dəstək layihəsi" tərəfimizdən start götürdü.
İndiyədək Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Qobustan, Şamaxı, Qusar, Sabirabad, Salyan, Neftçala şəhərlərində 200-ə qədər layihə iştirakçısı olan şəhid və qazi övladları ziyarət edilib. Ziyarət edilən zaman hər ailəyə dərs ləvazimatları, bədii və uşaq ədəbiyyatı, müxtəlif yaş qrupuna görə hədiyyələr verilib. Həmçinin ehtiyac olan ailələrin texniki təminatı üçün şərait yaradılıb.
Layihə məktəbəqədər təhsil müəssisəsi, məktəb, kollec və universitet tələbəsi olan şəhid və qazi övladlarını əhatə edir və təklif olunan bütün xidmətlər təmənnasızdır.
Layihənin məqsədi:
• Sinif dərsləri üzrə hazırlıqlar
• Abituriyent hazırlığı
• Dil kursları
• Psixoloji dəstək
• Dərslik və dərs vəsaiti təminatına dəstək
• Şagird və tələbələrin yaş və təhsil istiqamətinə uyğun bədii və elmi ədəbiyyat, jurnal və digər vəsaitlərlə təminatı.
• Şagird və tələbələrin müxtəlif kurs və dərnəklərə olan ehtiyacının qarşılanması (dil, kompüter və idman).
• Şagird və tələbələr üçün müxtəlif seminar və ekskursiyaların təşkili.
• Şagirdlərin asudə vaxtlarının maraqlı keçməsi üçün müxtəlif əyləncə xaraketrli tədbirlər.
Layihəyə qoşulmaq istəyən əziz şəhid və qazi ailələri, eləcə də müəllim və könüllü olaraq layihədə iştirak etmək istəyən şəxslər "ƏMANƏT" layihəsinin sosial şəbəkə hesabları və telefon nömrələri vasitəsilə əlaqə saxlayırlar.
Hal-hazırda layihədə 200-dən artıq şəhid və qazi övladı, eyni zamanda bacı və qardaşları, həyat yoldaşları təhsil alır. 150-ə yaxın müəllim, psixoloq, loqoped, həkim və s. sahə mütəxəssisləri xidmət göstərir.
Layihədə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Füzuli, Yevlax, Beyləqan, Salyan, Neftçala, Sabirabad və digər bölgələrdən olan şəhid və qazi ailələri və müəllimlər iştirak edir.
Layihənin "emanet.az" saytı fəaliyyətə başlamaq üzrədir. Sayt üzərindən həm ailələr həm də müəllimlər daha asan layihəyə qoşula biləcəklər. Həmçinin ianələr edə və layihə haqqında ətraflı məlumat əldə edə bilərlər.
"ƏMANƏT" layihəsi ianələr hesabına fəaliyyət göstərir. Kart hesabı vasitəsi ilə ayrı-ayrı şəxslər ianələr edirlər. İndiyə qədər ianələr hesabına görülmüş işlərdən bəziləri aşağıdakılardır:
• Şagirdlərin texniki təminatı (telefon, planşet, modem, internet və telefon xətti çəkilişi)
• Dərs ləvazimatları
• Bədi və uşaq ədəbiyyatı
• Ailə ziyarəti
• Doğum günü ziyarəti və hədiyyələri
• "ƏMANƏT" layihəsi çərçivəsində təhsil alan istedadlı şəhid və qazi övladlarının əl işlərinin sərgisi
• Şəhid və qazi ailələri üçün iftar süfrələrinin təşkili
• Şagirdlərin asudə vaxtının səmərəli təşkili üçün "Qiraət saatı" və "Nağıl saatı" görüşləri
• Uşaqların Beynəkxalq Müdafiəsi Günü münasibətilə şagirdlərimizin Hərbi Qənimətlər Parkı və Botanika Bağına səfəri və bayram şənliyi təşkili
• Şamaxı Astrofizika Rəsədxanasında Yay Düşərgəsi
• Anım günü ilə bağlı 2-ci Fəxri Xiyabanda tədbir
Layihə çərçivəsində bir neçə təhsil mərkəzləri, nəşriyyat evləri və s müəssisələr ilə əməkdaşlıq etmişik və edirik. Hal-hazırda bir xaricdə təhsil mərkəzi ilə etdiyimiz əməkdaşlıq əsasında 5 şagirdimiz təmənnasız xarici universitetlərə hazırlaşır.
Layihə rəhbəri: Sərxan Bağırlı
Layihə təsisçisi: Turan Hüseynov
İcraçı direktor: Turan Məmmədli
#novruz #bayram #şəhid #qazilər #şəhidailələri #əmanət
Əmanət layihəsi Ramazan ayı ziyarəti, Bibiheybət ziyarətgahı. 27.04.2022 #ramazan #ramadan #iftar #sahurHaberleri 2022
gündem haberleri,günün haberleri,haberler,güncel haberler,2021 haberler,ramazan,son haber,tgrt haber,haber izle,show ana haber,show haber izle,son dakika haber,en son haber,haber,show haber,ramazan ve camii açıklaması,zelensky ramazan açıklaması,zelensky ramazan,haber videoları,haber izle son dakika,show tv haber,zelenski,showhaber,haber programı,teravih namazları camilerde cemaatle kılınacak,dilara gönder,zelensky,ali erbaş,son dakika
Yorumlar
Yorum Gönder